Qvardioladan 6-cı uğursuzluq
05.05.2022 - 12:19
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasında 6-cı dəfə yarımfinalda uğursuzluq yaşayıb.
Apasport.az saytının məlumatına görə, onun yetirmələri iki oyunun (4:3, 1:3) yekununda “Real” qarşısında aciz qalıb.
Qvardiola bunadək də 5 dəfə finalın bir addımlığında qalıb. 2010-cu və 2012-ci illərdə “Barselona” yarımfinal səddini adlaya bilməyib. 2014-16-cı illərdə isə “Bavariya”da eyni uğursuzluğu yaşayıb.
0
0