Qvardiolaya 2 illik müqavilə təklifi
10.05.2022 - 12:48
Qvardiolaya 2 illik müqavilə təklifi

“Mançester Siti” baş məşqçisi Pep Qvardiola ilə müqaviləni uzatmaq istəyir.

Apasport.az saytının məlumatına görə, komandanın Çempionlar Liqasında finala yüksələ bilməməsi də rəhbərliyin fikrini dəyişməyib.

“Şəhərlilər” 51 yaşlı mütəxəssisə yeni 2 illik sözləşmə təklif edib. İspaniyalı çalışdırıcı razılıq verərsə, 2025-ci ilin yayına qədər komandanın sükanı arxasında qalacaq.

Qeyd edək ki, Pep Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 10 kubok qazanıb.