Ralf Ranqnik: “Ronaldonun 37 yaşındakı münasibəti anormallıqdır”
29.04.2022 - 10:10
Ralf Ranqnik: “Ronaldonun 37 yaşındakı münasibəti anormallıqdır”

“İkinci hissədə oyuna yaxşı reaksiya göstərdik və Ronaldo əla qol vurdu. İlk yarıda problemlər yaşadıq, lakin De Xeanın gözəl seyvləri bizə kömək etdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik İngiltərə Premyer Liqasının XXXVII turunda “Çelsi” ilə keçirilən oyun barədə danışarkən deyib.

Almaniyalı mütəxəssis 1:1 hesabı ilə bərabərə qaldıqları qarşılaşmadan sonra komandasının yeganə qoluna imza atan Kriştiano Ronaldoya tərif yağdırıb: “İkinci hissədə daha yaxşı oynadıq, topa daha çox nəzarət etdik. “Çelsi” top-komandadır, Çempionlar Liqasını qazanması təsadüfi deyil. Bizdə isə 8 futbolçu yox idi. Bununla belə, heç-heçəyə layiq idik. Qol vurduğu üçün demirəm, Ronaldonun 37 yaşındakı münasibəti anormallıqdır. Əgər o, bugünkü kimi oynasa, yenə də komandaya böyük kömək edə bilər”.

Qeyd edək ki, “Mançester Yunayted” hazırda 55 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.