Ramal Hüseynovun cəzası qüvvədə qaldı
04.05.2022 - 14:15
Ramal Hüseynovun cəzası qüvvədə qaldı

AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda “Səbail”in şikayətinə baxılıb.

Bakı klubunun apelyasiyası təmin edilməyib. “Səbail”in seleksioneri Ramal Hüseynov barəsində İntizam Komitəsinin 
verdiyi cəza qüvvədə saxlanılıb.

Azərbaycan millisinin sabiq futbolçusu 2 il müddətinə yarışlardan kənarlaşdırılması barədə cəza dəyişməyib.