Ranyeri “Arsenal”ın futbolçusunu istəyir
22.12.2021 - 23:31
“Arsenal”ın futbolçusu Sead Kolaşinats karyerasını İngiltərənin digər klubunda davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, müdafiəçi “Uotford”un maraq dairəsinə düşüb.
“Topçular” 28 yaşlı bosniyalının xidmətində maraqlı deyil. London klubu müdafiəçini qış transfer pəncərəsində satmağa hazırdır.
“Uotford”un baş məşqçisi Klaudio Ranyeri Seadı komandasında görmək istəyir. O, cari mövsümdə “Arsenal”da 4 oyun keçirib.
0
0