Tanınmış futbol agenti Mino Rayola ölümü ilə bağlı yayılan xəbərləri təkzib edib.
Apasport.az saytının məlumatına görə, uzun müddətdir ağciyərlərindəki xəstəlikdən əziyyət çəkən 55 yaşlı agent yayılan xəbərləri şayiə adlandırıb.
O, bir müddət əvvəl yazılanları təkzib edən köməkçisi və müalicə aldığı klinikanın ardınca özü də paylaşım edib: “Sağlamlığımın indiki durumu ilə maraqlananlar üçün deyim ki, mən qəzəblənmişəm. Son 4 ayda məni ikinci dəfə öldürdülər. Deyəsən mən də dirilmək iqtidarındayam”.
Qeyd edək ki, Rayola 20-dən artıq məşhur futbolçunun agentidir.
***
Saat. 15:58
Tanınmış futbol agenti Mino Rayola vəfat edib.
Apasport.az saytının məlumatına görə, o, 55 yaşında ölüb.
Rayola uzun müddət davam edən xəstəlikdən dünyasını dəyişib. O, ağciyərlərindəki xəstəlikdən vəfat edib.
Qeyd edək ki, Rayola Pol Poqba, Erlinq Haland və Zlatan İbrahimoviç kimi ulduzların agenti idi.