Rekord vurub, “Qarabağ”ı gözləyir 
14.02.2022 - 09:21
Rekord vurub, “Qarabağ”ı gözləyir 

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel” Fransa Liqa1-nin XXIV turunda səfərdə “Mets”i 2:1 hesabı ilə məğlub edib.

Apasport.az saytının məlumatına görə, təmsilçimizlə oyunönəsi şəhərin eyniadlı komandası rekorda imza atıb.

Arkadiuş Milikin 82-ci dəqiqədə komandasına qələbə qazandırdığı qolla “Marsel” ölkə çempionatlarında “Mets”in qapısından keçirdiyi top sayını 200-ə çatdırıb. Bununla Xorxe Sampaolinin başçılıq etdiyi komanda eyni rəqibə 200 qol vurmağı bacaran ilk klub olub.

Qeyd edək ki, “Marsel” hazırda 46 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır. Fransa klubu fevralın 17-də “Velodrom” stadionunda “Qarabağ”ı qəbul edəcək.