Remsi Premyer Liqa klubunun təklifini qəbul etmədi
05.01.2022 - 14:05
Remsi Premyer Liqa klubunun təklifini qəbul etmədi

İtaliyanın “Yuventus” klubunun futbolçusu Aaron Remsi “Bernli”nin təklifini rədd edib.

Apasport.az saytının məlumatına görə, uelsli yarımmüdafiəçi yenidən İngiltərədə oynamaq imkanı qazansa da, bu kluba keçməyə razılaşmayıb.

Baş məşqçi Massimiliano Alleqrinin planlarına daxil olmayan futbolçu daha iddialı kluba keçmək arzusundadır. 31 yaşlı orta sahə oyunçusu Premyer Liqada yüksək yerlər uğrunda mübarizə aparan komandaya can atır. 

Remsinin xidmətində “Nyukasl”da maraqlıdır. Lakin “ağ-qaralar” da turnir cədvəlinin aşağı sıralarındadır.

Qeyd edək ki, Aaron cari mövsümdə A seriyasında 3 oyun keçirib.