Rişarilson Koutinyoya çatdı
07.12.2021 - 11:24
Rişarilson Koutinyoya çatdı

“Everton”un futbolçusu Rişarilson İngiltərə Premyer Liqasında ən çox qol vuran braziliyalıların siyahısında 3-cü yerə şərik olub.

Apasport.az saytının məlumatına görə, “Arsenal”la qarşılaşmada bir qola imza atan hücumçu qol sayını 41-ə çatdırıb.

Rişarilson bu göstəricidə Filippe Koutinyoya çatıb. Yalnız iki braziliyalı Premyer Liqada daha çox fərqlənib. Bunlar Roberto Firmino (70) və Qabriel Jezusdur (52).

Qeyd edək ki, “Everton” “Arsenal”la görüşdə 2:1 hesablı qələbə qazanıb.