Romen Baskın “Neftçi”dən getməsinin SƏBƏBİ
30.12.2021 - 09:36
Romen Baskın “Neftçi”ni hansı klub üçün tərk etdiyi bəlli olub.
Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, 26 yaşlı müdafiəçi karyerasını elə bu ölkədə də davam etdirəcək.
Fransalı futbolçu ölkəsinin ikinci liqasında çıxış edən “Şatoru” ilə anlaşıb. Oktyabrda “Şatoru”ya baş məşqçi təyin olunan Metyu Çabertin istəyi nəticəsində Baskla razılıq əldə olunub. Futbolçu yeni komandası ilə il yarımlıq müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, bu ilin yayında “Havr”dan “Neftçi”yə keçən Romen Bask Premyer Liqanın ilk yarısında 6 matçda iştirak edib.
0
0