Ronaldo “Mançester Yunayted”in ən zəifi seçildi
09.02.2022 - 10:00
Ronaldo “Mançester Yunayted”in ən zəifi seçildi

İngiltərə Premyer Liqasının XXIV turunda “Bernli”nin qonağı olan “Mançester Yunayted” səfərdən 1:1 hesablı bərabərliklə dönüb.

Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar”ın hücumçusu Kriştiano Ronaldo qarşılaşmanın ən zəif oyunçusu seçilib.

Portuqaliyalı superulduz “mankunianlar”ın meydana çıxan futbolçuları arasında ən aşağı reytinqə malik olub. 68-ci dəqiqədə mübarizəyə qoşulan 37 yaşlı forvard 6,1 xalla qiymətləndirilib.

Matçın ən yaxşısı isə onun komanda yoldaşı Pol Poqba olub. Mançesterlilərin yeganə qolunun müəllifi 7,5 xal alıb. Fransalı ötən ilin yanvarından bəri ilk dəfə Premyer Liqada qol vurmağı bacarıb.

Qeyd edək ki, “Mançester Yunayted” hazırda 39 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.