Ronaldo borcu bağlayacaq
27.12.2021 - 11:37
Ronaldo borcu bağlayacaq

Braziliyanın “Kruzeyro” klubunun FİFA-ya olan borcunu Ronaldo ödəyəcək.

Apasport.az saytının məlumatına görə, bunu Belu-Orizonti təmsilçisinin prezidenti Serjio Santos Rodriges açıqlayıb.

O bildirib ki, klubun yeni sahibi olan “Yekədiş” 7,7 milyon avroluq borcu ödəyəcək. “Kruzeyro”nun səhmlərinin 90 faizini 62,5 milyona alan futbol veteranı borcları da ödəməyi üzərinə götürüb.

Qeyd edək ki, ikiqat dünya çempionu olan Ronaldo futbolçu kimi də bu klubun formasını geyinib.