Ronaldo ucuzlaşdı
24.12.2021 - 22:51
Ronaldo ucuzlaşdı

Kriştiano Ronaldonun transfer dəyərində dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin və “Mançester Yunayted”in hücumçunun qiyməti 35 milyon avro olub.

“Transfermarkt”ın əvvəlki siyahısında portuqaliyalının dəyəri 45 milyon idi. 36 yaşlı oyunçunun qiyməti 10 milyon düşüb. 

Qeyd edək ki, Ronaldo avqustda “Yuventus”dan “Mançester Yunayted”ə 15 milyon avroya keçib.