Ronaldo və Ranqnik bir-birindən narazıdır - SƏBƏB
14.02.2022 - 18:00
“Mançester Yunayted”də baş məşqçi Ralf Ranqniklə bağlı narazılıqlar artmaqdadır.
Apasport.az saytının məlumatına görə, əksər futbolçular kimi, hücumçu Kriştiano Ronaldo da almaniyalı mütəxəssisin rəhbərliyi altında çıxış etmək istəmir.
Portuqaliyalı superulduz Ranqniki “Mançester Yunayted”də işləyəcək qədər bacarığa malik olmadığını düşünür. O, çalışdırıcının məşq metodlarını bəyənmir. Maraqlıdır ki, baş məşqçi də 37 yaşlı forvardın çıxışından narazıdır.
Qeyd edək ki, Kriştiano Ronaldo 2022-ci ildə meydana çıxdığı 6 oyunda qol vura bilməyib.
0
0