“Yuventus”un hücumçusu Kriştiano Ronaldo yeni müqavilə imzalamağa hazırlaşır.
Apasport.az saytının məlumatına görə, klubunda qalmaq qərarına gələn Portuqaliya millisinin kapitanı sözləşmə müddətini də uzada bilər.
Bununla bağlı klub superulduzun nümayəndələri ilə danışığa başlayıb. Tərəflər gələn ilin yayına qədər olan anlaşmanın daha bir illik uzadılmasını müzakirə edirlər. 36 yaşlı forvard hətta maaşında endirimə də razılıq verib. Hazırda illik məvacibi 31 milyon avro olan CR7 bu məbləğin 20 milyona salınmasına razıdır.
Qeyd edək ki, Kriştiano Ronaldo “Yuventus”a 2018-ci ildə “Real”dan keçib.