Ronaldodan ardıcıl 21-ci təqvim ilində qol
16.02.2022 - 09:21
Ronaldodan ardıcıl 21-ci təqvim ilində qol

Kriştiano Ronaldo ardıcıl 21-ci təqvim ilində qol vurub.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı ulduz 2022-ci ildə ilk dəfə fərqlənib.

“Mançester Yunayted”in hücumçusu Premyer Liqanın XVIII turundan təxirə salınan “Brayton”la görüşdə fərqlənib. Ronaldo 2002-ci ildən başlayaraq hər təqvim ilində ən azı 1 qol vurub. O, peşəkar karyerasına “Sportinq”də başlayıb.

Qeyd edək ki, mançesterlilər “Brayton” üzərində 2:0 hesablı qələbə qazanıb.