Ronaldoya çatdı, Messi əlçatmazdır
18.12.2021 - 11:23
Ronaldoya çatdı, Messi əlçatmazdır

“Bavariya” Bundesliqanın XVII turunda “Volfsburq”u 4:0 hesabı ilə darmadağın edib.

Apasport.az saytının məlumatına görə, bu qarşılaşmada fərqlənən Robert Levandovski 2021-ci ildəki qol sayını 69-a çatdırıb.

33 yaşlı polşalı bununla da Kriştiano Ronaldonun rekordunu təkrarlayıb. Portuqaliyalı 2013-cü ildə bu qədər qola imza atıb.

Dünya rekordu isə Lionel Messiyə məxsusdur. Argentinalı 2012-ci ildə 91 dəfə fərqlənib.

Levandovski 69 qoldan 43-nü Bundesliqada vurub. O, 1972-ci ildə bir ildə 42 çempionat qoluna sevinən Herd Mülleri arxada qoyub.