Roninyo Azərbaycanla oyun haqda: “Qardaş qırğınına bənzəyirdi”
10.02.2022 - 10:30
Roninyo Azərbaycanla oyun haqda: “Qardaş qırğınına bənzəyirdi”

“Gürcüstan ilk dəfə Avropa çempionatında iştirak edirdi. İspaniya, Azərbaycan, Bosniya və Herseqovina ilə çox çətin qrupa düşmüşdük”.

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Gürcüstan millisinin üzvü Roninyo Avropa çempionatında çıxışları barədə danışarkən deyib.

Braziliya əsilli milliləşdirilmiş futzalçı 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycanla qrupun ilk görüşünü özü üçün xüsusi adlandırıb: “Eyni klubda çıxış etdiyim Edu azərbaycanlıların heyətində yer almışdı. Bu bir az qardaş qırğınına bənzəyirdi. Əvvəlcədən gülə-gülə dedik ki, əgər hər iki komanda 1/4 finala vəsiqə qazana biləcəksə, heç-heçə bizə yaraşar. Hər ikimiz tam gücümüzü ortaya qoysaq da, meydanda qəribə hiss var idi”.

Roninyo qitə birinciliyində qrupdan çıxmalarını böyük uğur hesab edib: “İlk Avropa çempionatımızda 1/4 finala yüksələ bildik. Bu, ölkə üçün əla idi. Ancaq 1/4 finalda Rusiyaya uduzduq (1:3). Ruslar isə finala qədər irəlilədilər”.

Qeyd edək ki, Azərbaycan millisi 4 xalla D qrupunda 3-cü yeri tutaraq, mübarizəni dayandırıb. Finalda Rusiyanı 4:2 hesabı ilə məğlub edən Portuqaliya yığması Avropa çempionluğunu qazanıb.