Rövnəq Abdullayev prezidentlikdən azad edildi
10.02.2022 - 15:38
Rövnəq Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti vəzifəsindən azad edilib.
APA-nın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Ölkə başçısının digər sərəncamına əsasən, Rövnəq Abdullayev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, Rövnəq Abdullayev eyni zamanda AFFA-nın prezidentidir.
0
0