Rəqib “Marsel”, hədəf Rumıniya
17.02.2022 - 13:13
Rəqib “Marsel”, hədəf Rumıniya

Konfrans Liqasının pley-off mərhələsinin “Marsel” – “Qarabağ” oyunu Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir edə bilər.

Apasport.az saytının məlumatına görə, qarşılaşmanın nəticəsi ölkəmizin irəliləməsi baxımından önəmlidir.

Hazırda 17,000 xala malik Azərbaycan Avropada 26-cı sıradadır. Bir pillə öndə qərarlaşan Rumıniyanın aktivində 0,125 xal var.

Bu ölkənin klubları avrokuboklarda çıxışını artıq başa vurub. 25-ci pilləyə yüksəlmək üçün “Qarabağ”ın uduzmaması lazımdır.

24-cü pillədə olan Bolqarıstanın 19,500 xalı olduğundan əlçatmaz görünür. Yalnız möcüzə sayəsində bu mövqeyə yüksəlmək olar.

Əsas hədəfi Rumıniyanı keçmək olan Azərbaycanın 26-cı pillədən aşağı düşmək təhlükəsi yoxdur. Çünki ən yaxın izləyicilərimiz üçün mövsüm başa çatıb. Təmsilçisi qalan və aşağılarda qərarlaşanlar isə çox uzaqdadır.

Qeyd edək ki, “Marsel” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.