Rəqib kapitan millimizlə matça qələbə üçün çıxacaqlarını açıqladı
10.11.2021 - 17:09
Rəqib kapitan millimizlə matça qələbə üçün çıxacaqlarını açıqladı

“Millətlər Liqasında qarşılaşdığımız Azərbaycan millisi ilə indikini müqayisə etmək istəməzdim".  

Apasport.az saytının məlumatına görə, bunu Lüksemburq yığmasının kapitanı Loran Yans DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.

29 yaşlı oyunçu sabah Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma ilə bağlı düşüncələrini bölüşüb: “Lüksemburqda biz daha yaxşı çıxış etmişdik. İkinci hissədə bərabər səviyyədə görüş getdi. Sabah rəqib öz meydanında çıxış etsə də, meydana qələbə üçün çıxacağıq".

Qeyd edək ki, Azərbaycan – Lüksemburq qarşılaşması saat 21:00-da başlayacaq.