Rəşad Sadıqov Bakını tərk edib, bu ölkəyə yollanır - SƏBƏB
15.12.2021 - 09:50
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov ölkə xaricinə çıxmağa hazırlaşır.
Apasport.az saytının məlumatına görə, Premyer Liqada uğurlu mövsüm keçirən komandanın çalışdırıcısı bu dəfə Niderlanda səfər edəcək.
Avrokuboklara vəsiqə qazanmaq yolunda inamla irəliləyən “qartallar”ın sükançısı adıçəkilən ölkəyə yollanmaq üçün “Qarabağ”la sabah keçiriləcək qarşılaşmanı gözləyir (sportinfo.az).
Bakını tərk edərək səfərə yollanmaqda məqsəd maraq dairəsinə düşən futbolçuları canlı izləməkdir.
0
0