Rəşad Sadıqov: "Risk etdim, o da qarşılığını qaytardı"
15.05.2022 - 19:28
Rəşad Sadıqov: "Risk etdim, o da qarşılığını qaytardı"

Sadıqov bürünc medal mübarizəsi aparacaqlarını da qeyd edib: “Çox qarışıq hisslərdir. Oyundan əvvəl cədvəldə də qarışıqlıq idi. Qarşıda üçüncülük üçün çox vacib oyun gözləyir. Ardınca da kubokun finalı. Yarımfinalı adladıqdan sonra “Qəbələ” ilə görüşdə bunun acısını çəkdik. İndi biz Konfrans Liqasına vəsiqəni deyil, bürünc uğrunda mübarizəni düşünməliyik. “Neftçi” bu gün çox istəkli idi. Futbolçularımız bu sınaqdan üzüağ çıxdılar”.

Mütəxəssis Ramin Əhmədova verilən şansdan da danışıb: “Onu əsas heyətdə düşünürdüm. Sırf rəqabət üzündən ehtiyatda qalırdı. Oyunlar gərginləşdikcə ehtiyat edirdim. Bu gün risk etdim, o da qarşılığını qaytardı. 1-ci liqadan gələn oyunçulara da şans verməliyik. Bu, Allahdan bir hədiyyə oldu”.

Sadıqov avrokubok planları barədə sualı cavablandırıb: “İşimi görüb bitirmədən, gələcək planlar barədə düşünmürəm. Vəsiqə qazanmadan Konfrans Liqası barədə fikirləşmirdim. Bu, bizə mane olardı. Fikrimiz vəsiqə qazanmaq idi. Bundan sonra kimisə almaq haqda düşünə bilərik. Ahmad hazır gəlmişdi. Brayan isə komandasız qalmışdı. Bu üzdən Haiti yığmasının üzvünə yetərincə şans verə bilmədik. Kimin qalacağı, kimin gedəcəyi barədə qarşıdakı günlərdə düşünəcəyik. Davit Volkovun qalmasını istəyirəm. Amma getsə, ona uğurlar arzulayacağıq. Özümüz isə alternativ axtaracağıq”.

Mütəxəssis Yusuf Lavalla Dmitrios Çantaklias arasında qalmaqaldan da danışıb: “Epizoda diqqətlə baxmaq lazımdır. Mən görməmişəm. Dedilər ki, Lavalla əllə vurub. Mən Azər Salahlının əllə oyununa etiraz edirdim”.

Sadıqov matçın aqressiv alınmasının səbəbini izah edib: “Neftçi” istəkli idi. Bu üzdən oyun aqressiv gedirdi. Düşünmürəm ki, bu, kubokdakı məğlubiyyətə görə idi. Peşəkar futbolçulardır, öz işlərini görməyə çalışırlar. Heç kimə heç nə sübut etməyə çalışıram. Məni sevənlər, mənə görə həyəcan keçirənləri sevindirmək istəyirəm”.