“Oyundan razıyam. Vacib üç xal qazandıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
40 yaşlı çalışdırıcı Premyer Liqanın XV turunun “Keşlə” ilə matçından sonra fikirlərini “CBC Sport”a açıqlayıb: “İlk hissədə həm nəticə, həm say üstünlüyü qazandıq. İkinci hissədə hesabı artırmaq istədik. 1:0 elə hesabdır ki, hər şey ola bilər. Çox vacib olan üç xalı qazandıq. Çoxsaylı qol imkanları yaratdıq. Daim təbii ot örtüyündə oynayan komandamız süni örtükdə oynayırdı. Həm də ilin ilk çempionat oyunu idi. Yeni oyunçular xoş təsir bağışladı. Keyta komandasından yanvarda ayrılıb. O, daha hazırlıqlıdır. Hər ikisi adaptasiya olacaq”.
Qeyd edək ki, mövsümün ikinci yarısının ilk oyunu “Zirə”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan