Rudiger üçün 59 milyon avro
30.04.2022 - 00:47
Rudiger üçün 59 milyon avro

“Çelsi”nin futbolçusu Antonio Rudigerin “Real”a keçidinin maliyyə detalları bəlli olub.

Apasport.az saytının məlumatına görə, almaniyalı müdafiəçi İspaniya klubunda ildə 9 milyon avro maaş alacaq.

Rudiger müqaviləyə imza atdığı üçün 8 milyon bonus da əldə edəcək. Bu vəsait 4 il ərzində hər biri 2 milyon olmaqla ödəniləcək.

Bununla da müdafiəçi “Real”dakı 4 ildə ümumilikdə 44 milyon qazanacaq. İspaniya klubu futbolçunun agentlərinə 15 milyon verəcək. Bir sözlə, almaniyalı madridliləri ümumilikdə 59 milyon xərcə salacaq.