“Everton” baş məşqçi postunda dəyişiklik edə bilər.
Apasport.az saytının məlumatına görə, uğursuz nəticələr səbəbindən istefası gündəmə gələn Rafael Benitesi əvəzləyəcək mütəxəssisin adı da bəllidir.
Son 10 oyunda yalnız 1 qələbə qazanan və 2 heç-heçə edən Liverpul təmsilçisi Ueyn Runini bu posta gətirməyə hazırdır. Əgər turnir cədvəlində 14-cü olan komandanın vəziyyəti yaxın müddətdə düzəlməsə, Benitesi məhz “Derbi Kaunti”nin çalışdırıcısı əvəzləyəcək.
Klub rəhbərliyi bununla bağlı Runi ilə ilkin şifahi razılıq da əldə edib. Futbolçu karyerasına məhz “Everton”da başlayan mütəxəssis 2017/18 mövsümündə də doğma komandaya qayıdıb.
Qeyd edək ki, hücumçu bu klubdakı 117 matçda 28 qol vurub.