Rusiyanın yarısı Qətərdə: Bir qayıdış, iki debüt 
25.03.2022 - 15:30
Rusiyanın yarısı Qətərdə: Bir qayıdış, iki debüt 

Qətərdə keçiriləcək dünya çempionatının 19 iştirakçısı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, onlardan 16-sı dörd il əvvəlki mundialın iştirakçılarıdır.

Rusiya-2018-də çıxış edən komandaların düz yarısı Qətərdə də oynamaq hüququ əldə edib. Yalnız üç komanda şimal qonşularımızın qəbul etdiyi yarışda olmasa da, Asiyaya yollanacağını rəsmiləşdirib.

Bunlardan biri debüt, ikisi qayıdışı gerçəkləşdirib. Meydan sahibi Qətər tarixində ilk dəfə final mərhələsində oynayacaq.

Niderlandla Ekvador isə mundiala qayıdacaq. Hər iki yığma DÇ-2014-dən sonra bir yarışı buraxmalı olub.

Qətərin meydan sahibi kimi yüksəldiyi mundiala Avropadan Almaniya, Danimarka, Fransa, Belçika, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə, İsveçrə, Niderland, Cənubi Amerikadan Braziliya, Argentina, Uruqvay, Ekvador, Asiyadan İran, Cənubi Koreya, Yaponiya, Səudiyyə Ərəbistanı dördilliyin ən mötəbər yarışına yüksəlib.

Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.
 

0