SOCAR son 11 ildə AFFA-ya 133 milyon manat ayırıb - HESABAT
11.02.2022 - 14:19
SOCAR son 11 ildə AFFA-ya 133 milyon manat ayırıb - HESABAT

AFFA prezidenti Rövnəq Abdullayev SOCAR-da da tutduğu eyni vəzifədən ayrılıb. 

Apasport.az saytının məlumatına görə, təxminən 14 il hər iki quruma paralel rəhbərlik edib.

Bu illər ərzində AFFA-nın əsas gəlir mənbəyi məhz SOCAR olub. Şirkəti sponsoru olduğu assosiasiyaya böyük vəsaitlər ayırıb.

Təkcə son 11 ildə SOCAR-dan AFFA-ya verilən vəsaitlərə baxmaq kifayətdir. Apasport.az saytının hesablamasına əsasən, bu müddətdə futbolumuza 132 milyon 771 min 400 manat ayrılıb.

Rekord rəqəm 2013-cü ilə təsadüf edib. Həmin vaxt neft şirkəti futbola 18 milyon  yatırıb. Son 11 ilin antirekordu isə 2017-ci ildə olub. Həmin vaxt bu məbləğ 7 rəqəmlə ifadə olunub, yəni 10 milyon həddinə çatmayıb.

Qeyd edək ki, Abdullayev 2005-ci ildən 2022-ci ilədək SOCAR-a rəhbərlik edib. O, 2008-ci ilin martından AFFA prezidentidir. Abdullayev sonuncu dəfə 2020-ci ildə 4 il müddətinə bu vəzifəyə seçilib.

SOCAR-dan AFFA-ya ayrılan vəsaitlər (illər üzrə)

2011 - 11109000
2012 - 10923500
2013 - 18000000
2014 - 14000000
2015 - 12900000
2016 - 11189490
2017 - 8234150
2018 - 11050500
2019 - 11964760
2020 - 11400000
2021 - 12000000
Cəmi - 132771400