Yamayka futbol tarixinin rəmzi komandası açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) adıçəkilən ölkənin simvolik “11-liy”ini müəyyənləşdirib.
2010-2012-ci illərdə ölkəmizdə “Qəbələ”nin şərəfini qorumuş tanınmış futbolçu Deon Barton da Yamayka tarixinin ən yaxşıları sırasına düşüb. 4-2-4 sxeminə uyğun qurulan komandada Barton ən yaxşı hücumçular sırasında göstərilib.
Qapıçı: Varren Berret;
Müdafiəçilər: Yan Qudison, Ues Morqan, Rikardo Qardner, Frenk Sinkleyr;
Yarımmüdafiəçilər: Robbi İrl, Darril Pouell;
Hücumçular: Leon Beyli, Lindi Delapenya, Deon Barton, Gil Heron.