Sabiq komandasına qayıtmadı
10.02.2022 - 16:49
Sabiq komandasına qayıtmadı

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin “Sanderlend”in baş məşqçisi olmayacaq.

Apasport.az saytının məlumatına görə, 50 yaşlı irlandiyalı ilə klub arasında danışıqlar müsbət nəticə verməyib.

Tərəflər şərtlərdə razılıq əldə etməyib. Məşqçilik karyerasına “Sanderlend”də başlayan mütəxəssis 2006-08-ci illərdə rəhbərlik etdiyi komandaya qayıtmaq istəməyib.

Qeyd edək ki, baş məşqçi kimi sonuncu dəfə 2011-ci ildə “İpsviç”ə başçılıq edən Kin sonrakı müddətdə İrlandiya millisi, “Aston Villa” və “Nottinhem Forest”də köməkçi kimi çalışıb.