Sabir Buqrin Tunis klubu ilə müqaviləni rəsmiləşdirdi
10.01.2022 - 23:36
Sabir Buqrin Tunis klubu ilə müqaviləni rəsmiləşdirdi

Belçikalı futbolçu Sabir Buqrinin "Neftçi"dən gedişi rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi Tunisin “Esperans” klubu ilə danışıqları müsbət yekunlaşdırıb.

O, yeni komandası ilə 3,5 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, 2020-ci ilin yayında “Neftçi”yə keçən Sabir Premyer Liqada 37 oyun keçirib, 4 qol vurub.