Salah Ronaldonun rekordunu təkrarladı, Raşı keçdi
08.12.2021 - 10:36
Salah Ronaldonun rekordunu təkrarladı, Raşı keçdi

Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin son turu “Liverpul”un hücumçusu Məhəmməd Salah üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, misirli forvard komandasının 2:1 hesabı ilə qalib gəldiyi görüşdə də adını tabloya yazdırmağı bacarıb.

Ulduz futbolçu ÇL tarixində bir klubun heyətində ardıcıl 7 səfər görüşündə fərqlənən ikinci oyunçu olub. O, Kriştiano Ronaldoya məxsus (“Real” – 2013/14 mövsüm) rekordu təkrarlayıb.

Salah eyni zamanda “Liverpul”un tarixinə də düşüb. 29 yaşlı oyunçu ardıcıl 6 mövsüm “qırmızılar”ın heyətində 20 qol həddinə çatan ilk futbolçudur. Ona qədər rekord 5 mövsümlə (1981/82 – 1986/87) Yan Raşda olub.

Qeyd edək ki, “Liverpul” Çempionlar Liqasının qrup mərhələsində 18 xal toplayan ilk ingilis klubudur.