Salah dayandı
29.12.2021 - 09:57
Məhəmməd Salahın uğurlu penaltilər seriyası qırılıb.
Apasport.az saytının məlumatına görə, “Liverpul”un misirli hücumçusu Premyer Liqanın “Lester”lə görüşündə (0:1) 11 metrlik nöqtədən fərqlənə bilməyib.
Bu oyunadək Salah ardıcıl 15 penaltini qola çevirmişdi. “Tülkülər”lə görüşdəki xəta Məhəmmədin Premyer Liqa karyerasında vurulmayan ikinci penaltisidir. O, ilk dəfə 2017-ci ilin oktyabrında “Haddersfild”lə görüşdə belə imkanı qaçırıb.
Qeyd edək ki, “Liverpul” bu məğlubiyyətdən sonra Premyer Liqanın lideri “Mançester Siti”dən 6 xal geri qalır.
0
0