Saman Nərimancahan fərqləndi – “Traktor” qələbə qazandı
15.12.2021 - 17:24
Saman Nərimancahan fərqləndi – “Traktor” qələbə qazandı

Təbrizin “Traktor” komandası İran çempionatında növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, X turda “Naft”ı qəbul edən təbrizlilər 2:0 hesablı qələbə qazanıb.

Meydan sahibləri rəqibi hər hissədə bir dəfə mərkəzə dəvət edib. Əvvəlcə 16-cı dəqiqədə Reza Dehqani hesabı açıb. 90+2-ci dəqiqədə isə sabiq “Neftçi”li Saman Nərimancahan qarşılaşmada son nöqtəni qoyub. Bununla mövsümdə 3-cü qələbəsini qazanan “Traktor” 11 xalla turnir cədvəlinin 9-cu pilləsinə yüksəlib.

Qeyd edək ki, “Traktor” növbəti matçını dekabrın 24-də keçirəcək. Təbrizlilər “Havadar”ın qonağı olacaq.