“Gərgin və maraqlı oyun alındı".
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XV turunda “Qarabağ”a 1:2 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
44 yaşlı mütəxəssis matçın ardından “CBC Sport” kanalına fikirlərini bölüşüb. Abasovun məğlubiyyət şərhi belə olub: “Rəqibi təbrik edirəm. Öz komandamı da göstərdiyi mübarizəyə görə təbrik edirəm. Uşaqlarda əzm, istək yetərincə idi. "Qarabağ"ın neçə qol imkanı yaratdığını xatırlamıram, amma iki epizoddan lazımınca yararlandılar. Etdiyimiz səhvləri bağışlamadılar. Ancaq yenə də inanıram ki, tezliklə daha yaxşı "Neftçi" görəcəyik".
Abasov yeni transferlərdən razılıq bildirib: "Sabah"la kubok matçından sonra da yeni transferlərin yaxşı oynamadığı deyilirdi. Məsələn, Gilyerme Pato bu gün ən yaxşılardan idi. Fiziki cəhətdən yaxşı durumda olmasa da, əzmkarlığı məni qane etdi. Azər Əliyev və digər transferlər də yaxşı olacaqlar. Turdan-tura yaxşı oynamaq borcumuzdur. Bizim açar oyunçularımız Sabir Buqrin və Mamadu Kane idi. Onları itirmək həddən artıq böyük zərbə oldu. Onların yerinə yenilərini gətirməli idik".
“Neftçi”nin baş məşqçisi artıq çempionluq şanslarının minimum olduğunu etiraf edib: "Çempionluq şansları barədə nəsə demək çətindir. Reallıqları qəbul etsək, çempionluq çox çətin olacaq. Müqayisə etsək, bəlkə də, mümkünsüzə yaxındır. "Neftçi"nin baş məşqçisi kimi, bəlkə də, məni düz başa düşməyəcəklər. İndidən bununla barışan biri kimi qəbul oluna bilərəm. Buna görə də fikirləşirəm ki, hər matça qələbə üçün çıxmalıyıq".
"Mövsümü uğursuz başa vursanız, hansı addımı atacaqsınız", - sualını Abasov belə cavablandırıb: "Uğursuz olsaq, nələr baş verəcək, rəhbərlik hansı qərarı versə, elə də olacaq. Mən özümə vaxt istəmirəm. Sadəcə, yeni gələn oyunçuların uyğunlaşmasına zaman lazımdır. Onları dərhal baltalamaqla, kəsməklə düzəlmir".
Çalışdırıcı yayda edilən transferlərin uğursuz olması ilə bağlı fikirlə razılaşmayıb: "Əvvəla yay transferlərinin uğursuz olduğunu düşünmürəm. 1-2 transferin alınmaması digər komandalarda da olur. Məsələn, Harramiz Soareş uğursuz transfer idi".
- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan