“Neftçi” hücumçusu Harramiz Soareşlə yollarını ayırmaq istəyir.
Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun baş məşqçisi Samir Abasov jurnalistlərə açıqlamasında təsdiqləyib.
O bildirib ki, 32 yaşlı ön xətti oyunçusunu icarəyə vermək niyyətindədirlər: “Harramizi hansısa komandaya icarəyə vermək istəyirik. Ümumiyyətlə, onunla yolları ayırma məsələsində danışıqlar davam edir. Soareşlə məsələni qaydalar çərçivəsində həll etməyə çalışırıq. Oyunçunun özündən də çox şey asılıdır”.
Abasov digər hücumçu Mirabdulla Abbasovla bağlı heç bir yeniliyin olmadığını da sözlərinə əlavə edib. Ancaq o, təklif gələcəyi təqdirdə, forvardı icarəyə verməyin əleyhinə olmadıqlarını əlavə edib.
Qeyd edək ki, həm Harramiz Soareş, həm də Mirabdulla Abbasovun “Neftçi” ilə müqavilə müddəti gələn ilin yayına qədədir.