Samir Abasovun məyusluğu: “O da getsə...”
07.01.2022 - 15:16
Samir Abasovun məyusluğu: “O da getsə...”

“Neftçi” transfer çalışmalarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, bunu paytaxt klubunun baş məşqçisi Samir Abasov deyib.

44 yaşlı mütəxəssis bu gün təşkil etdiyi brifinqdə axtarışların davam etdiyini söyləyib: “Transfer çalışmalarımız davam edir. Məsələn, Sabir Buqrin 90-95 faiz bizdən ayrılıbsa, Mamadu Kanenin durumu qeyri-müəyyəndir. Romen Baskın ayrılması da mənim üçün üzücü məqam oldu. Ailə vəziyyətinə gözə onu saxlaya bilmədik və müdafiə xəttində boşluq yarandı. Kane də getsə, həmin mövqeyə oyunçu axtaracağıq. Digər mövqelər də var ki, onları indi deməyim”.

Qeyd edək ki, “Neftçi” qış fasiləsində hələlik yalnız Azər Salahlı və Eddi İsrafilovu heyətinə qatıb.