Almaniya Bundesliqa II-də XXXII turun oyunları davam edir.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” ev matçına çıxıb.
Adıçəkilən komanda özündən cəmi 1 xal çox toplayan “Bohum”u qəbul edib. İlk hissədə 2 top fərqi ilə önə keçən qonaqlar səfərdən qalibiyyətlə ayrılmağa nail olub. "Aue"nin gücü yalnız görüşə əlavə edilmiş dəqiqələrdə vurduğu təsəlli qoluna çatıb - 1:2.
Oyuna start heyətində daxil olan Nazarov 90+4-cü dəqiqədə əvəzlənib. Məhz onun yerinə meydana girən Nyeqoş Kupoşoviç az sonra fərqi minimuma endirib. Millimizin üzvü isə 73-cü dəqiqədə sarı vərəq ilə fərqlənib.
Qeyd edək ki, "Aue" hazırda 41 xalla 10-cu pillədə qərarlaşır.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb