Sarridən 2 transfer xahişi
16.12.2021 - 00:24
“Latsio”nun baş məşqçisi Maurisio Sarrinin komandasında görmək istədiyi futbolçuların adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, mütəxəssis klub rəhbərliyindən iki oyunçunun transferini xahiş edib.
O, vaxtilə baş məşqçisi olduğu “Çelsi”nin futbolçularının keçidində maraqlıdır. Sarri Emersonla Kallum Hadon-Odoini sərəncamında görmək istəyir.
Qeyd edək ki, italiyalı mütəxəssis 2018-ci ilin iyulundan 2019-cu ilin iyununa qədər London klubunun sükanı arxasında olub.
0
0