Sarrrinin tələbi
09.05.2022 - 22:36
Sarrrinin tələbi

“Latsio” rəhbərliyi baş məşqçi Maurisio Sarri ilə danışıqlara başlayıb.

Apasport.az saytının məlumatına görə, romalılar mütəxəssislə müqaviləni uzatmaq niyyətindədir.

Sarri də komandada qalmağın əleyhinə deyil. Lakin 63 yaşlı mütəxəssis heyətin gücləndirilməsi şərtini irəli sürüb. O, çempionluq üçün mübarizə aparan komanda qurulmasını istəyir.

Qeyd edək ki, Sarrinin indiki anlaşması 2023-cü ilin yayında başa çatacaq.