Saul “Atletiko”ya qayıdır
15.02.2022 - 22:22
“Çelsi”nin futbolçusu Saul Niqes karyerasını yenidən İspaniyada davaam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, müqavilə ilə “Atletiko”ya məxsus olan yarımmüdafiəçi Madrid klubuna qayıdacaq.
O, icarə əsasında İngiltərə klubunun formasını geyinir. Saul London təmsilçisində özünü xoşbəxt hesab etmir. Bu səbəbdən də başqa variantlar axtaran Niqes “Atletiko”ya qayıtmağı ən yaxşı variant hesab edir.
Qeyd edək ki, Saul Premyer Liqada cəmi 6 oyun keçirib.
0
0