DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Serbiya yığması yoldaşlıq oyunu keçirib.
Apasport.az saytının məlumatına görə, balkanlılar üç gündən sonra yığmamızla qarşılaşacaq Qətərlə üz-üzə gəlib.
Asiyalıların müqavimətini yalnız ilk hissənin uzatma dəqiqəsində qıran Serbiya millisi fasilədən sonra qol yağışına sevinib. 4:0 hesablı qələbə qazanan balkanlıların hər qoluna ayrı futbolçu imza atıb.
Saşa Luliçin ilk yarıda qol vurduğu matçda Luka Yoviç, Duşan Vlahoviç və Sergey Milinkoviç-Saviç də fərqlənib.
Qeyd edək ki, Qətər millisi noyabrın 14-də Bakı Olimpiya Stadionunda yığmamızla üz-üzə gələcək.