Serj Qnabriyə son təklif
30.04.2022 - 15:14
Serj Qnabriyə son təklif

“Bavariya” hücumçusu Serj Qnabrini itirmək istəmir.

Apasport.az saytının məlumatına görə, bu üzdən Almaniya klubu 26 yaşlı oyunçusu ilə yeni müqavilə üçün danışıqları bərpa edib.

Bundesliqa çempionu Almaniya millisinin üzvünə illik 17-19 milyon avro maaşla yeni sözləşmə təklif edib. Bu, münhenlilərin oyunçuya son təklifidir. Qnabri müsbət cavab verməsə, o zaman “Bavariya” futbolçunu bir ildən sonra pulsuz itirməmək üçün bu yay satacaq.

Qeyd edək ki, “Bavariya” ilə anlaşması 2023-cü ilin yayına qədər olan Serj Qnabri “Real” və İngiltərə klublarının maraq dairəsindədir.