Serxio Ramosdan PSJ-də ilk
23.12.2021 - 09:17
Serxio Ramosdan PSJ-də ilk

Serxio Ramos karyerasında növbəti qırmızı vərəqəni alıb.

Apasport.az saytının məlumatına görə, ispaniyalı müdafiəçi Fransa Liqa1-də “fərqlənib”.

PSJ-nin futbolçusu XIX turun “Loryan”la ev matçında cəzalanıb. Ramos 1:1 hesabı ilə başa çatan görüşün 85-ci dəqiqəsində qırmızı vərəqə görüb.

Bu, Serxionun karyerasında 27-ci qırmızı vərəqədir. O, PSJ-nin heyətində ilk dəfə meydandan qovulub. Əvvəlki qırmızı vərəqələrini “Real”da alan müdafiəçi üçün Paris təmsilçisində ilkə imza atmağa debütündən sonra cəmi 130 dəqiqə kifayət edib.