Şevçenko İtaliyada klub alır
04.05.2022 - 16:08
Şevçenko İtaliyada klub alır

Ukrayna millisinin sabiq futbolçusu və baş məşqçisi Andrey Şevçenko İtaliyada klub ala bilər.

Apasport.az saytının məlumatına görə, 46 yaşlı futbol veteranı “Peskara”nı almağa namizəd hesab olunur.

Şevçenko bu kluba İtaliya konsorsiumu ilə birlikdə sahib çıxmaq niyyətindədir. Onlar “Peskara”nın səhmlərinə nəzarət paketini ələ keçirməyi planlaşdırır.

Qeyd edək ki, İtaliya C seriyasının B qrupunda 5-ci yeri tutan “Peskara” B seriyasına yüksəlmək uğrunda keçid turnirinə vəsiqə qazanıb.