Şəhriyar Məmmədyarov master-klass keçəcək.
Apasport.az saytının məlumatına görə, tədbir Məmmədyarovlar Şahmat Məktəbində baş tutacaq.
Mayın 17-dəki master-klass saat 09:30-da başlayacaq. Tədbir çərçivəsində Şəhriyar öncə iştirakçılarla tanış olacaq, onlara uğur qazanmaq yollarını göstərərək tövsiyələrini verəcək. 7 saat davam edəcək görüş çərçivəsində iştirakçıların da suallarını cavablandıracaq Məmmədyarov debüt, şahmatdakı problemlər haqda da danışacaq.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da tədbirə dəvət alıb. 50 yaşlı mütəxəssis Məmmədyarovun master-klassında fəxri qonaq olacaq.
Ödənişli master-klassın ikinci hissəsi nahardan sonraya təsadüf edəcək. Şəhriyar iştirakçılarla blits seans keçirəcək.