“Atletiko” Çempionlar Liqasına vəsiqəni tənin edib.
Apasport.az saytının məlumatına görə, Madrid klubu La Liqanın sonuna iki tur qalmış ilk “dördlük”də yerini rəsmiləşdirib.
XXXVI turda “Elçe”ni 2:0 hesabı ilə məğlub edən “Atletiko” xal hesabını 67-yə çatdırıb. Turnir cədvəlində üçüncü olan paytaxt təmsilçisi sona iki tur qalmış 5-ci yerdəki “Betis”i 6 xal qabaqlayır. Şəxsi oyunlardakı üstünlük Dieqo Simeonenin yetirmələrinə ilk 4 yerdən birini tutmaq imkanı yaradıb.
Argentinalı mütəxəssis bununla da ardıcıl 10-cu dəfə “Atletiko” ilə qitənin ən nüfuzlu klub turnirinə daşıyıb. Simeonenin baş məşqçi olduğu bütün mövsümlərdə madridlilər Çempionlar Liqasına yüksəlib.