Smit Premyer Liqa tarixinə düşdü
29.12.2021 - 17:08
Smit Premyer Liqa tarixinə düşdü

Din Smit İngiltərə Premyer Liqasının tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, mütəxəssis eyni mövsümdə iki fərqli klubda ardıcıl 5 məğlubiyyət alan ilk baş məşqçidir.

Smit mövsümün əvvəlində “Aston Villa” ilə uğursuzluq yaşayıb. O, Birminhem təmsilçisində 5 oyunluq məğlubiyyət seriyası ilə üzləşib. Mövsümün gedişində “Norviç”in sükanı arxasına keçən çalışdırıcı bu klubda da eyni seriyanı təkrarlayıb.

Qeyd edək ki, “Norviç” ötən turda “Kristal Pelas”a 0:3 hesabı ilə uduzub.