“Belə məğlubiyyətdən sonra danışmaq çətindir".
Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qarabağ”a 0:6 hesabı ilə məğlub olduqları cavab oyunundan sonra deyib.
İlk görüşdə də 0:1 hesabı ilə uduzan kubokun son sahibi turnirdə mübarizəni dayandırıb.
Sənan Qurbanov matçdan sonra “CBC Sport” kanalına açıqlamasında komandasının çıxışını dəyərləndirib: “Səviyyə fərqi öz sözünü dedi. Büdcə baxımından daha üstün olan "Qarabağ"la qarşılaşırdıq. İstənilən halda belə uduzmaq istəməzdik. Amma vəziyyətdən çıxmaq lazımdır. Bizim üzərimizə düşən oyunçuların bu ağır yenilgidən sonra psixoloji cəhətdən sarsıntı keçirmələrinin qarşısını almaqdır. Çünki qarşıda Premyer Liqada çox oyunlarımız var".