Tanınmış futbolçu oynayan prezident oldu
08.02.2022 - 13:20
Rusiya millisinin sabiq hücumçusu Ari klub prezidenti seçilib.
Apasport.az saytının məlumatına görə, 37 yaşlı futbolçu ölkəsi Braziliyada “Atletiko Sarense”nin səhmlərini alıb.
O, eyni zamanda futbolçu karyerasını da C seriyası təmsilçisində davam etdirəcək. Klub Arinin oynayan prezident olacağını açıqlayıb.
Qeyd edək ki, Ari Rusiyada “Krasnodar”, Moskva “Spartak”ı və “Lokomotiv”in formasını geyinib. Tanınmış futbolçu 2018-ci ildə Rusiya yığmasının heyətində 2 oyun keçirib.
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
- “Fənərbaxça” – “Lion” matçından sonra gərginlik - 6 nəfər saxlanılıb
0
0